Erasmus+ Proqramı nədir?

Erasmus+ 2014-2020-ci illəri əhatə edən təhsil, təlim, gənclər və idman sahələrini əhatə edən Avropa Birliyi proqramıdır.

Gənclər sahəsində, Erasmus+ Şərqı Avropa və Qafqaz ölkələrindən olan təşkilatlar üçün aşağıdakı fəaliyyətləri və imkanları təqdim edir:

  • Gənclərin və gənc liderlərin hərəkətliliyi (Əsas fəaliyyət 1 çərçivəsində) 1) gənclər üçün mübadilə layihələri, təlim kursları və seminarların təşkilini təmin edilməsi
  • Strateji Əməkdaşlıqlar (Əsas fəaliyyət 2 çərçivəsində) 2) inkişafı, innovativ təcrübələrin icra olunması və mübadiləsini, Avropa səviyyəsində əməkdaşlığa dair birgə təşəbbüslərin, həmyaşıddan öyrəmə üsulunun və təcrübələrin mübadiləsini dəstəklənməsi
  • Gənclər sahəsində Potensialın Gücləndirilməsi (Əsas fəaliyyət 2 çərçivəsində) 2) vətəndaş cəmiyyətinin və sahibkarlıq üçün tərəfdaşlıq imkanlarının təklif edilməsi
  • Gənclər və gənclər təşkilatlarının Strukturlaşdırılmış Dialoqa cəlb edilməsi (əsas fəaliyyət 3 çərçivəsində) 3) gənclərin - gənclər və qərarvermə prosesindəki tərəflər arasındakı dialoqu gücləndirən beynəlxalq görüş, konfrans və fəaliyyətlərdə iştirak etməsi

Bu fəaliyyətlərin məqsədi nədir?

  • Gənclərin, məhdud bacarıqlı gənclərin və gənc liderlərin şəxsi bacarıqlarını inkişaf etdirmək, o cümlədən Avropada demokratik həyatda iştirakçılığı, əmək bazarını, fəal vətəndaşçılığı, mədəniyyətlərarası dialoqu, sosial inteqrasiya və həmrəyliyi təbliğ etmək;
  • Gənclər işində keyfiyyətli inkişafı gücləndirmək, xüsusilə də gənclər sahəsindəki təşkilat/müəssisələrlə digər müəssisə və şirkətlərin əməkdaşlığını təşviq etmək;
  • Yerli, regional və milli səviyyədə siyasət islahatlarını tamamlamaq və məlumat və sübuta əsaslanan gənclər siyasətinin inkişaf etdirilməsini, qeyri-formal və qeyri-formal təhsilin tanınmasını dəstəkləmək;
  • gənclər fəaliyyətlərinin beynəlxalq miqyasını genişləndirmək

Erasmus + proqramı təlimatı maraqlı təşkilatlar üçün praktiki məlumatları və hər bir fəaliyyətin detallarını özündə əks etdirir.

  • Gənclər sahəsində Əsas Fəaliyyətlər

    Şərq Tərəfdaşlığı ölkələri və Rusiya Federasiyası üçün açıq olan gənclər sahəsində Erasmus+ Proqramının əsas fəaliyyətləri barədə məlumat.

back to top