Gənclər sahəsində Əsas Fəaliyyətlər

Şərq Tərəfdaşlığı ölkələri və Rusiya Federasiyası üçün açıq olan gənclər sahəsində Erasmus+ Proqramının əsas fəaliyyətləri barədə məlumat.

Əsas Fəaliyyət 1: Hərəkətlilik layihələri

Gənclik Mübadilələri ən azı iki ölkədən olan gənclər qruplarını 21 günə qədər görüşməyə və təcrübə mübadiləsi etməyə imkan verir. Gənclik Mübadiləsi müddətində, iştirakçılar qrup liderləri tərəfindən idarə olunur və layihədən öncə hazırlanmış iş proqramında iştirak edirlər. Gənclik Mübadilələri gənclərə: bacarıqlarını inkişaf etdirməyə, sosial yönümlü sahə və mövzular üzrə maariflənməyə, yeni mədəniyyətlər, vərdişlər və həyat tərzləri kəşf etməyə və həmrəylik, demokratiya, dostluq və s. kimi dəyərlər qazanmağa imkan verir. Gənclik Mübadilələrinin öyrənmə prosesləri qeyri-formal təhsil metodlarına əsaslanır.

Gənc liderlərin hərəkətliliyi - gənclər sahəsində fəal olan hər hansı bir gənclər təşkilatı tərəfindən xaricdə beynəlxalq seminarlar, təlim kursları, şəbəkələşmə görüşləri, öyrənmə turları və s. vasitəsilə gənclər sahəsində çalışan liderlərin peşəkarlaşmasını təmin edir. Bütün bu fəaliyyətlər layihədə iştirak edən ölkələrin təşkilatları tərəfindən icra edilir. Belə layihələrdə gənc liderlərin iştirakı həmin təşkilatların təcrübələrinin və potensiallarının artmasına töhvə verir və konkret müsbət nəticəsi olur. Öyrənmə prosesinin qiymətləndirilməsi gənclər sahəsində ölçülə bilən olur.

Əsas Fəaliyyət 2: İnnovasiya üçün əməkdaşlıq və yaxşı təcrübələrin mübadiləsi

Strateji Əməkdaşlıqlar təhsil, təlim və gənclər sahəsində fəal olan təşkilatlara, o cümlədən, müəssisələrə, dövlət orqanlarına, müxtəlif sosial-iqtisadi sektorlarda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına yüksək keyfiyyətli təlim, öyrənmə, gənclər və sosial innovasiyalara yönəlmiş əməkdaşlıq etmək imkanı verir.

Gənclər sahəsində bacarıqların inkişaf etdirilməsi xüsusilə Aİ-nın qonşuluq tərəfdaşlıq ölkələrilə əməkdaşlıq etməyi hədəfləyir. Bu fəaliyyət gənclər sahəsində əməkdaşlığı və mübadilələri inkişaf etdirməyə, gənclər işinin, qeyri-formal təhsilin və könüllülüyün keyfiyyət və tanınmasına, o cümlədən onların digər təhsil sistemləri, əmək bazarı və cəmiyyətlə sinerjisini etməyə fokuslanıb. Bu həmçinin regional səviyyədə sxemlərin və qeyri-formal təhsil hərəkətliliyinin inkişafı, yoxlanılması və icra edilməsini inkişaf etdirir, o cümlədən imkanları məhdud olan gənclərin bacarıqlarını inkişaf etdirilməsini və cəmiyyətdə onların fəal iştirakına müsbət təsir göstərən transmilli qeyri-formal təhsil hərəkətliliyin tanıdılmasını təşviq edir.

Əsas fəaliyyət 3: Siyasət islahatlarına dəstək

Strukturlaşdırılmış Dialoq: gənclər sahəsində qərarvermə prosesinin fəalları ilə gənclər arasında görüşlər demakratik cəmiyyətdə gənclərin fəal iştirakçılığını təbliğ edir və gənclər sahəsində Strukturlaşdırılmış Dialoq tərəfindən önə sürülən prioritet məsələri və mövzuların debatını təmin edir. Strukturlaşdırılmış Dialoqa başqa bir adla gənclər və qərarvermə prosesinin fəalları arasında olan müzakirələr də demək olar ki, bu isə qərarvermə nəticəsinin ən səmərəli versiyasını irəli sürür. Debatlar ən mühim prioritetlər üzrə formalaşır və gənclər və gənclər sahəsində qərarvermə prosesinin fəalları, gənclər ekspertləri və gənclər sahəsində müvafiq dövlət qurumları nümayəndlərinin iştirakı ilə baş tutur.


Daha çox məlumat və detallar üçün Erasmus+ Proqram Təlimatına daxil ola bilərsiniz.

back to top