Avropa Həmrəylik Korpusu Proqramı nədir?

Avropa Həmrəylik Korpusu Avropa Birliyinin gənclər üçün könüllülük proqramıdır.

Avropa Həmrəylik Korpusu gənclərin və təşkilatların Avropada birliyin, həmrəyliyin, demokratiya və vətəndaşlığın möhkəmləndirilməsinə yardım etmək üçün əlçatan və yüksək keyfiyyətli həmrəylik fəaliyyətində iştirakını artırmaq üçün, əsasən, könüllülük yolu ilə ictimai problemlərə cavab verən və cəmiyyətləri gücləndirən, sosial inteqrasiyanı təşviq etmək üçün xüsusi bir səy göstərən həmrəyliyi dəyərləndirmək məqsədi daşıyır. Bu da gənclər üçün münasib olan Avropa əməkdaşlığına kömək etməyi nəzərdə tutur.

Daha dəqiq, Proqramın vəzifələri aşağıdakılardır:

  • gənclərə iştirakçı təşkilatların dəstəyi ilə ictimai dəyişikliyi təsir göstərən həmrəylik fəaliyyəti ilə məşğul olmaq imkanı yaratmaq, o cümlədən gənclərin şəxsi, təhsil, sosial, vətəndaş, mədəni və peşə inkişafı üçün bacarıqlarını artırmaq, həmçinin onların fəal vətəndaşlığa, məşğulluq və əmək bazarına daxil olmalarını asanlaşdırmaq;
  • Avropa Həmrəyliyi Korpusunun iştirakçılarına təklif olunan həmrəylik fəaliyyətlərinin yüksək keyfiyyətə, düzgün şəkildə icra olunmasına və Avropalı Həmrəylik Təşkilatının prinsiplərinə hörmət edilməsinə təminat vermək;
  • xüsusilə də həmrəylik fəaliyyətinin müvafiq formaları və fərdi dəstək kimi bir sıra xüsusi tədbirlər vasitəsilə imkanı az olan gənclər üçün sosial yardımlaşma və bərabər imkanlar yaratmaq üçün xüsusi səylər göstərilməsini təmin etmək;
  • gənclər ilə bağlı Avropa əməkdaşlığına kömək etmək və onun müsbət təsirini artırmaq

Aşağıda qeyd edilən fəaliyyətlər Şərqi Avropa və Qafqaz regionlarından olan təşkilatlar üçün açıq elan edilib:

  • Fərdi könüllülük
  • Könüllü komandaları

Yuxarıda qeyd edilən imkanlardan yararlanmaq istəyən təşkilatlar Keyfiyyət Etiketini (Quality Label) əldə etməlidirlər. EVS akkreditasiyası olan təşkilatlar avtomatik olaraq Avropa Həmrəylik Korpusu layihələrində iştirak etmə şansı əldə edirlər.

Avropa Həmrəylik Korpusu proqramı təlimatı maraqlı təşkilatlar üçün praktiki məlumatları və hər bir fəaliyyətin detallarını özündə əks etdirir.

  • Könüllülük fəaliyyətləri

    Şərq Tərəfdaşlığı ölkələri və Rusiya Federasiyası üçün açıq olan Avropa Həmrəylik Korpusu imkanları barədə məlumat.

back to top